Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Palmali” şirkətlər qrupu açıqlama yaydı

“Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri açıqlama yayıb...

Pravda.az-ın xəbərinə görə, açıqlamada deyilir:

“Palmali Şirkətlər Qrupunun” prezidenti Mübariz Mənsimovun Türkiyə hüquq-mühafizə orqanlarının tərəfindən saxlanılması və hazırda həbsxanadakı vəziyyəti ilə bağlı son zamanlar saysız-hesabsız məlumatlar yayılmaqdadır. Mübariz Mənsimova dəstək verən, onun tezliklə azad olunması üçün səylərini əsirgəməyən hər kəsi alqışlayırıq. Eyni zamanda vurğulayıram ki, Mübariz bəy haqqında həqiqəti əks etdirməyən məlumatların açıqlanması ümumi işimizə ağır zərbə vurur və yalnız bu vəziyyətdən cəsarətlənən qüvvələrin xeyrinə işləyir. Buna görə bir daha bildirirəm ki, hörmətli soydaşlarımız ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə və ya digər media resurslarında açıqlamalarına inanmasınlar, həmçinin belə hallara imkan verməsinlər. Mübariz Mənsimovun durumu haqqında dəqiq və rəsmi məlumatlar “Palmali” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsi və şöbənin rəhbəri Fidan Quliyeva tərəfindən açıqlanır. Təkrar edirəm ki, uydurma və mülahizələr lazımsız provokasiyalara yol aça bilər. Mübariz bəyi müdafiə edən insanlara dərin təşəkkürümü bildirirəm, lakin bu, heç bir halda, yanlış xəbərlərin yayılmasına səbəb olmamalıdır. Vəkillər bütün zəruri məlumatları “Palmali”nin “İctimaiyyətlə əlaqələr” şöbəsinə verir, şöbə isə, öz növbəsində, qısa zamanda bunları ictimaiyyətə çatdırır. Problemi hüququ müstəvidə həll etmək üçün vəkillər əllərindən gələni edirlər. O ki qaldı Mübariz Mənsimovun səhhətinə, hazırda o, özünü yaxşı hiss etmir. Saxlanılmadan əvvəl artıq ağrıları var idisə, indi daha da şiddətlənib. Qeyd etdiyim kimi, onun yarası iltihab bağlayıb, halsızlığı var. Həbsxanadakı şərait düzgün və hərtərəfli müalicə aparılması üçün uyğun deyil. Bir daha vurğulamaq istəyirəm ki, belə bir dönəmdə Mübariz bəyə dəstək vermək adı ilə pərdələnərək vəziyyəti siyasiləşdirməyə cəhd göstərən qüvvələr ortaya çıxacaq. Xahiş edirəm, diqqətli olun! Təxribatlara uymayın! Eyni zamanda sevgi və diqqətinizi əsirgəməyin. Bildirmək istəyirəm ki, Mübariz Mənsimov ona dəstək göstərən, onun günahsız olduğunu yazan, deyən hər bir ziyalıya, sənət adamına, ən sadə vətəndaşa ürəkdən minnətdarlığını ifadə edir. Əmin olun ki, haqq öz yolunu tapacaq. Türkiyə Cümhuriyyəti hüquqi dövlətdir və biz, hər zaman olduğu kimi, ali türk ədalətinə inanır və güvənir, tez bir zamanda Mübariz bəyin azadlığa çıxacağını gözləyirik.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Ən çox oxunanalar